Dünyanın ən məşhur narkobaronunu həbsxanadan qaçıran arvadı saxlanıldı - FOTO/VİDEO

15:00 23-02-2021 13

Meksikalı narkobaron “El Chapo”nun 31 yaşlı arvadı Emma Ayspuro Vaşinqton Beynəlxalq aeroportunda saxlanılıb.

Bu barədə “Reuters” xəbər yayıb.

Qadın Amerikaya kokain, heroin, metamfetamin və marixuana tədarükünün təşkilində şübhəli bilinir. Bundan əlavə o, 2015-ci ildə əri Quzman Loeranın (“El Chapo”) Meksika həbsxanasından qaçma planını hazırlamaqda günahlandırılır.

Qeyd edək ki, keçmişdə dünyanın ən böyük narkokarteli “Sinaloa”nın rəhbəri olan Loera hazırda ABŞ həbsxanasındadır. O, ABŞ-a kokain tədarükü, həmçinin qanunsuz silah saxlama və qətllər təşkil etməkdə günahlandırılır.