ABŞ-da siyasi fikir ayrılıqları koronavirusdan ölənlərin sayını artırıb

11:30 23-02-2021 25

ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi bildirib ki, ölkədəki siyasi fikir ayrılıqları koronavirus infeksiyasından ölən insanların sayının artmasına səbəb olub.

E.Fauçi bu iddia ilə “Reuters” agentliyinə müsahibəsində çıxış edib.

O hesab edir ki, pandemiyanın yayılmağa başladığı ilk dövrdə ABŞ-da kəskin siyasi qütbləşmə olub, maska taxmaq tələbi isə təhlükəsizlik deyil, siyasi açıqlama kimi qəbul olunurdu.

E.Fauçi əlavə edib ki, bəzi qubernator və merlər infeksiya yayılmasına qarşı tədbirlərə laqeyd yanaşıblar.