Yalçın Rzazadənin dəfn olunacağı yer müəyyənləşdi

11:05 23-02-2021 20

Azərbaycanın Xalq artisti Yalçın Rzazadənin dəfn olunacağı yer açıqlanıb.

Bu barədə milletinsesi.info-a ailəsindən məlumat verilib.

O, bu gün Lənkəranda dəfn olunacaq. Mərhumun nəşi bu gün saat 12:00 radələrində Lənkərana yola salınacaq.

Y.Rzazadə fevralın 22-si 75 yaşında vəfat edib.

O, 31 dekabr 1946-cı ildə Lənkəran rayonunda ziyalı ailəsində doğulub. 1963-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olub və 1967-ci ildə həmin institutun aktyorluq fakültəsini bitirib. 1968-ci ildə Üzeyir Hacibəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub və 1973-cü ildə həmin təhsil ocağını bitirib. 1979-cu ildə Əməkdar artist, 2000-ci ildə Xalq artisti adına layiq görülüb.

İlhamə Əbülfət