Yevlaxda yanğın olub, xəsarət alan var

09:15 23-02-2021 19

Yevlaxda xəsarətlə nəticələnən yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə Bəydili kəndində qeydə alınıb.

Kənddə ümumi sahəsi 40 kvadratmetr olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı bir nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.