Hadisə “Instagram”da yeni bir “çelenc” başladıb - FOTO/VİDEO

23:20 22-02-2021 21

Tanınmış aktyor Kaan Yıldırımla eşq yaşayan məşhur türk müğənnisi Hadisə “Instagram” hesabından yeni bir “çelenc” başladıb.

“Haber Global”ın məlumatına görə, 35 yaşlı ifaçı makiyajsız videosunu paylaşaraq təbii gözəlliyini nümayiş etdirib.

İzləyicilərini də makiyajsız video çəkməyə çağıran Hadisə öz həmkarlarına meydan oxuyub.

Mügənninin çağırışına qısa müddət ərzində cavab verilib. Belə ki, digər məşhurlar da makiyajsız şəkilərini paylaşmağa başlayıblar.