İtaliyalı səfir silahlıların hücumu nəticəsində qətlə yetirilib
17:10 22-02-2021 25

İtaliyanın Konqodakı səfiri Luka Attanasio silahlıların hücumu nəticəsində həlak olub.
“France-Presse” bu barədə Konqodakı mənbələrə istinadən məlumat yayıb.
Silahlı qruplaşmanın üzvləri BMT-nin Ümumdünya Qida Proqramı çərçivəsində humanitar yardım daşıyan maşın karvanına hücum ediblər.
Həmin maşınlardan birində İtaliyalı diplomat olub.