Beş oyun ardıcıl məğlub olan Mourinyo: “Klubumuzda böhran yoxdur”

15:35 22-02-2021 22

“Totenhem” klubunun baş məşqçisi Joze Mourinyo özünün və köməkçilərinin futbol biliklərinə şübhə etmədiyini açıqlayıb.

Portuqaliyalı futbol mütəxəssisinin fikirlərini “Sky Sports” dərc edib.

O, son beş oyun ardıcıl məğlubiyyəti klubdaxili böhran kimi qiymətləndirmədiyini bildirib. 

“Xeyr, mümkün deyil. Qətiyyən. Bəzən nəticələr futboldakı bir çox fərqli məqamların nəticəsidir. Böhran? Böhran dedikdə nəyi demək istədiyinizi anlamıram. Əgər böhran soyunma otağındakı məyusluq və kədərdirsə, razıyam, çünki baş verənlərdən heç kim razı deyil və hamımız bunu oyunumuzda göstərdik. 

Bir komanda, bizim kimi ​​son saniyəyə qədər fərqli nəticə əldə etmək üçün çalışırsa, o, böhran içində ola bilməz”, - deyə 58 yaşlı futbol mütəxəssisi qeyd edib. 

J.Mourinyo bildirib ki, komanda birlik olmayanda böhran baş verir, o isə hesab edir ki, hazırda rəhbərlik etdiyi klub sadəcə olaraq ardıcıl pis nəticələr əldə edir.