Azərbaycanlı hakim “Fənərbağça”nın matçını idarə edəcək - FOTO

14:40 22-02-2021 18

Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimlərə növbəti təyinat göndərib.

Beynəlxalq dərəcəli referilərimizdən Eldar Zülfüqarov sabah qadın voleybolçular arasında Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Fənərbağça” (Türkiyə) – “Novara” (İtaliya) matçını idarə edəcək.

Zülfüqarov İstanbulda Burhan Fələk adına voleybol zalında təşkil olunacaq görüşdə ikinci hakim funksiyasını yerinə yetirəcək. Qarşılaşmanın birinci hakimi isə ukraynalı Medved Mixaylo olacaq.

Fevralın 24-də CEV kubokunun yarımfinalında isə Eldar Əliyev Rusiyada “Sankt-Peterburq Arena”da kişi voleybolçular arasında yerli “Zenit”lə Belçikanın “Qrinyard” klublarının ilk oyununda hakimlik edəcək. Oyunda əsas referi Deyan Roqiç olacaq.

Digər beynəlxalq dərəcəli hakimimiz Zaur Hacıyev isə 2-3 martda ölkə xaricində olacaq. O, qadın voleybolçular arasında Çağırış Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Türk Hava Yolları” – “Yeşilyurt” klublarının hər iki matçında referilik edəcək. Hacıyev Burhan Fələk adına zalda təşkil olunacaq ilk görüşdə əsas, cavab oyununda isə ikinci referi funksiyasını yerinə yetirəcək. O, hər iki qarşılaşmada yerli Senyurt İlhami ilə matçları idarə edəcək.