Zubirdən yubiley oyunu

13:55 22-02-2021 18

Abdellah Zubir “Qarabağ”ın heyətində 100-cü oyununu keçirib.

Yubiley Azərbaycan Premyer Liqasının XVI turuna təsadüf edib.

“Sumqayıt”la səfər oyununadək (0:0) fransalı yarımmüdafiəçi 99 matçda iştirak etmək şansı qazanmışdı. 100-cü dəfə meydana çıxan futbolçunun aktivində 19 qol var. Zubir ölkə çempionatında 56 (14 qol), kubokda 8, avrokuboklarda 36 (5 qol) oyunda iştirak edib.

Qeyd edək ki, Abdellah Zubir “Qarabağ”ın heyətində ilk oyununu 2018/19 mövsümündə keçirib. Onun debütü 2018-ci il iyulun 11-də Çempionlar Liqasının “Olimpiya” ilə Sloveniyadakı matçında (1:0) reallaşıb.