Dövlət Kukla Teatrının aktyorunun evində partlayış olub: Vəziyyəti ağırdır - FOTO

13:45 22-02-2021 14

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Cavid Telmanın yaşadığı mənzildə partlayış olub. 

Unikal.org xəbər verir ki, aktyor aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. 

Məlumata görə, Cavid Telmanın vəziyyəti ağırdır. O, 5 saylı Şəhər Klinik Xəstəxanasnın yanıq şöbəsində müalicə alır.