Millimizin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlandı - ADLAR

13:25 22-02-2021 15

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 4-də Bakıda, martın 9-da isə Kişinyovun Çoresku qəsəbəsində Moldova yığması ilə qarşılaşacaq millimizin heyəti açıqlanıb.

milletinsesi.info xəbər verir ki, komandamız oyunlara hazırlıq məqsədilə fevralın 25-dən etibarən təlim-məşq toplanışı keçirəcək:

Qapıçılar: Rövşən Hüseynli (“Araz-Naxçıvan”), Emin Kürdov (“Ekol”), Cavad Məmmədov (“Neftçi”)

Sahə oyunçuları: Ramiz Çovdarov, İsa Atayev, Xətai Bağırov, Rizvan Fərzəliyev, Fineo De Araujo, Hadi Əhmədi, Əmir Şücai (hamısı “Araz-Naxçıvan”), Tofiq Mikayılov, Samir Həmzəyev (hər ikisi “Ekol”), Oktay Rüstəmli (“Neftçi”), Tyago Teles Martins (“FC Salines”, Bosniya və Herseqovina), Eduardo Borqes (AKKS, Fransa), Everton Kardozo – (“Levante”, İspaniya), Rafael Vilela (“Palma”, İspaniya), Oliveyra Da Naşimento (klubsuz)

Qeyd edək ki, ölkə xaricində çıxış edən futzalçılar toplanışa üç gün gec – fevralın 28-dən sonra qoşulacaq.