Samuxda karantin rejimini pozan çayxana aşkarlanıb

12:00 22-02-2021 13

Samux rayonunda karantin rejimini pozan çayxana aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman gecə saatlarında gizli şəkildə fəaliyyət göstərən çay evi aşkarlayıb.

Obyekt sahibi Xaliq Kərimov və müştərilər Elşən Əliyev, Mehman Əhmədov və Bəylər Yusibov saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib. Onlar İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə ediliblər.