Moskva parkından biotualet kabinləri oğurlanıb

05:55 22-02-2021 26

Moskvada naməlum şəxslər tərəfindən biotualetlər oğurlanıb.

“RenTV” telekanalının məlumatında görə, hadisə şəhərin “Novodeviçi prudı” parkında qeydə alınıb.

Oğurlanan beş ədəd mobil tualet kabini “Dorinvest” müəssisəsinə məxsus olub.

Cinayət nəticəsində şirkətə 80 min rublda çox (təqribən 2 min manata yaxın) zərər dəydiyi açıqlanıb.

Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.