ABŞ-da silah mağazası önündə atışma: Üç ölü, iki yaralı - VİDEO

03:30 22-02-2021 20

ABŞ-ın Luiziana ştatının Nyu Orlean şəhərində silah mağazası yaxınlığında atışma olub.

“Fox News” xəbər verir ki, atışma nəticəsində üç nəfər ölüb.

Daha iki nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti sabitdir.

Yerli hakimiyyət orqanları iddia edir ki, silahlı soyğunçular əvvəlcə mağazanın içində iki nəfəri öldürüb. Daha sonra yaxınlıqdan keçən silahlı şəxslərlə cinayətkarlar arasında atışma olub.

Faktla bağlı araşdırma aparılır.