Göyçayda maşın kanala aşdı, beş nəfər xəstəxanalıq oldu - FOTO

16:20 21-02-2021 27

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

milletinsesi.info-ın məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax magistral yolunun 200-cü kilometrində, Göyçay rayonunun Qarayazı kəndindən keçən hissəsində qeydə alınıb. 

Hərəkətdə olan BMW markalı minik maşını idarəetməni itirərək yoldan çıxıb. Nəticədə, maşın su kanalına aşıb. Qəza zamanı maşında olan sürücü və ikisi azyaşlı olmaqla 5 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Göyçay rayon Mərkəzi xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.