İndoneziya hökuməti ölkəyə giriş qadağasını növbəti dəfə uzadıb

03:00 15-01-2021 15

İndoneziya hökuməti 1-14 yanvar tarixlərinədək qüvvədə olan əcnəbilərin ölkəyə giriş qadağasını yanvarın 28-nə qədər uzadıb.

Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Buna səbəb koronavirusun yeni mutasiya etmiş növünün ölkəyə daxil olmasının qarşısını almaqdır.

Qeyd olunur ki, qadağa artıq İndoneziya geri qayıtmaq icazəsini aktivləşdirilmiş vətəndaşlara və diplomatik xidmətin nümayəndələrinə şamil edilmir.