Cennifer Lopez və Ledi Qaqa Baydenin andiçmə mərasimində çıxış edəcəklər

00:05 15-01-2021 15

Dünyaca məşhur müğənnilər Cennifer Lopez və Ledi Qaqa ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasimində çıxış edəcəklər.

Bu barədə ABC telekanalı məlumat yayıb.

“Bu insanlar böyük xalqımızın bütün müxtəlifliyini təmsil edirlər”, - deyə andiçmə komitəsinin nümayəndəsi Toni Allena bildirib.

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasimi yanvarın 20-də Kapitolinin qarşısında baş tutacaq.