Tofiq Bəhramovun heykəli əvvəlki rənginə qaytarıldı - VİDEO

15:35 14-01-2021 11

Tofiq Bəhramovun heykəli əvvəlki rənginə qaytarılıb.

Baku TV xəbər verir ki, stadionda aparılan restavrasiya işləri çərçivəsində məşhur azərbaycanlı hakimin heykəlinin rəngi ağdan əvvəlki bürünc rənginə boyanıb.

Qeyd edək ki, İngiltərədə 1966-cı ildə keçirilmiş dünya çempionatının finalında yan xətt hakimi qismində verdiyi qərarla məşhurlaşmış Tofiq Bəhramov dünyada yeganə referidir ki, adına stadion var. Onun heykəli 2004-cü ildə – seçmə mərhələnin Azərbaycan – İngiltərə matçından əvvəl quraşdırılıb.