Bakıda evdən 15 min manat oğurlayan qardaşlar tutuldu

14:25 14-01-2021 14

Bakıda evdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 12-də rayon ərazisindəki evlərin birindən 15 min manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri S.Quliyev və qardaşı saxlanılıblar.