Daha bir şəhidimiz dəfn edildi - FOTO

13:50 14-01-2021 10

Vətən müharibəsində Murov dağı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun hərbçisi, 2000-ci il təvəllüdlü Əliyev Hüseyn Sahib oğlu Tovuzda dəfn edilib.

“Report” xəbər verir ki, o, doğulduğu rayonun Əsirik-Cırdaxan kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, döyüş yoldaşları, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, o, Vətən müharibəsində itkin düşən 64 hərbçidən biri idi.