Tovuzda beş ton kartof oğurlayan şəxslər tutuldu

13:50 14-01-2021 9

Tovuzda kartof oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Rayon Polis Şöbəsi  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci ilin dekabr ayında Əyyublu kəndi ərazisində kənd sakini E.Əkbərova məxsus anbardan 2000 manat dəyərində 5 ton kartof oğurlamaqda şübhəli bilinən Gədəbəy rayon sakini, əvvəllər məhkum olunmuş Y.Əliyev və Şamaxı rayon sakini R.Mehdiyev saxlanılıblar.