Pandemiya dövründə Bakıda ilk dəfə qapalı zalda oyun keçiriləcək
13:25 14-01-2021 16

Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlarının vaxtı və məkanları müəyyənləşib.
milletinsesi.info AFFA-nın saytına istinadən həmin oyunları təqdim edir:
29 yanvar, saat 18:00
Azərbaycan – Slovakiya
Bakı İdman Sarayı
2 fevral, saat 20:00
Yunanıstan – Azərbaycan
Afina, “Daiss” İdman Zalı
Azərbaycan – Slovakiya oyununun Bakı İdman Sarayında keçirilməsi o deməkdir ki, pandemiya müddətində ilk dəfə qapalı zalda bir idman yarışı keçiriləcək.