Mərkəzin Bankın yeni binası ilə bağlı detallar AÇIQLANDI

13:20 14-01-2021 14

“Mərkəzi Bankın yeni inzibati binasının tikinti işlərinə 36 ay ərzində yekun vurulması planlaşdırılır”.

Bu barədə “Tekfen İnşaat”ın Baş direktoru Mustafa Kopuz məlumat verib.

Belə ki, 37 mərtəbədən ibarət olacaq yeni inzibati binanın sahəsi 67 981 kvadrat metr, hündürlüyü isə 168 metr nəzərdə tutulub. 

Şirkətin Baş direktoru əlavə edib ki, Mərkəzi Bankın yeni binası Heydər Əliyev prospektində, Bakı Olimpiya Stadionu və “SOCAR Tower”in yaxınlığında yerləşəcək. O bildirib ki, şirkət rəhbərliyi Azərbaycandakı fəaliyyətinin 26-cı ildönümü ilə əlaqədar layihələndirdiyi “SOCAR Tower”, Bakı Olimpiya Stadionu və Azerbaycan Respublikasının Vergilər Nazirliyinin binasına əlavə olaraq daha bir inzibati binanın tikintisini həyata keçirdiyinə görə şaddır.

Qeyd edilib ki, “Tekfen İnşaat” Azərbaycanda 1995-ci ildən bəri fəaliyyət göstərir. 

Xatırladaq ki, Mərkəzi Bankın yeni inzibati binasının 218 milyon avroya başa gələcəyi açıqlanıb. “Tekfen Holding” tərəfindən təqdim edilən tender sənədində Mərkəzi Bankın yeni binasının tikintisinə dair müqavilənin artıq imzalandığı bildirilib.

Nigar Məmmədova