Polis Bakıda əməliyyat keçirdi, silahlı şəxslər ələ keçdi

13:10 14-01-2021 14

Bakı və Sumqayıt sakinlərində silahlar aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb. 

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Ələsgərovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar edilərək götürülüb.

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində isə Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Rzayevdən nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb.