Qubada oğru iş başında yaxalandı - FOTO

13:05 14-01-2021 10

Qubada mağazadan oğurluq etmək istəyən şəxs iş başında yaxalanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, rayonun Qonaqkənd qəsəbə sakini Əmrah Əmrahov gecə saatlarında rayon ərazisində yerləşən mağazaların birinə qapı şüşələrini qırmaqla qanunsuz daxil olub və oradan oğurluq etməyə cəhd edib. Lakin onun bu əməlinin qarşısı həmin ərazidə xidmət aparan Quba Rayon Regional Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən alınıb və cinayətkar “iş başında” yaxalanaraq, Quba Rayon Polis Şöbəsinə gətirilib. 

Dindirilmə zamanı Ə.Əmrahov törətdiyi cinayət əməlini etiraf edib. 

Qeyd edilən faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.