Bakı sakinindən silah götürüldü

12:55 14-01-2021 13

Bakı sakinindən silah götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb. 

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini İ.Hüseynovdan kustar üsülla hazırlanmış tapança, iki ədəd patron və metamfetamin aşkar edilərək götürülüb.