Naxçıvanda orta aylıq əməkhaqqı nə qədər olub?

12:30 14-01-2021 10

Naxçıvan Muxtar Respublikasının 2020-ci il üzrə makroiqtisadi göstəriciləri açıqlanıb.

milletinsesi.info-ın Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ötən ilin yanvar-noyabr aylarının göstəricilərinə əsasən bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 531,7 manat olub.

Belə ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə orta aylıq əməkhaqqı 11,9 faiz artıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında 2019-cu ildə bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 475 manat təşkil edib.

Nigar Məmmədova