Şuşada ağır qəza: Ölən və yaralananlar var

12:30 14-01-2021 7

Şuşa şəhəri istiqamətində hərbi qulluqçular olan avtomobil qəzaya düşüb.

Baş verən hadisə nəticəsində Beyləqan rayonun Şəfəq qəsəbə sakini, müddətdən artıq xidmət edən hərbçi Yaqubov Həsən Hüseyn oğlu həlak olub, iki hərbçi isə xəsarət alıb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumatı milletinsesi.info-a təsdiq ediblər.

“Məlumatı təsdiq edirik. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır”, - deyə nazirlikdə qeyd edilib.