Ötən il ərzində Azərbaycan vətəndaşlığı verilən şəxslərin sayı bilinib

11:30 14-01-2021 12

Ötən il Azərbaycan vətəndaşlığı verilən şəxslərin sayı məlum olub. 

milletinsesi.info-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 2020-ci ilin yekunlarına dair keçirdiyi onlayn mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ötən il 409 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib:

“Səkkiz nəfər isə vətəndaşlığa bərpa olunub. Bildiyimiz ki, Yeni il bayramı ərəfəsində müraciətləri əsasında üç şəhid anasına Azərbaycan vətəndaşlığı verilib”.

V.Hüseynov əlavə edib ki, ötən il qaçqın statusunun alınması ilə bağlı müraciətlərdə 87 faiz azalma olub:

“2019-cu ildə 404, 2020-ci ildə 52 müraciət olub. Qaçqın statusu əsasında yaşayanların sayında da altı faiz azalma olub”.

İlhamə Əbülfət