Poçettino PSJ-də ilk kubokunu qazandı

11:10 14-01-2021 12

Fransa Superkuboku uğrunda görüşdə PSJ və “Marsel” üz-üzə gəlib.

“Championat”ın məlumatına görə, “Feliks Bolar” stadionunda keçirilən qarşılaşma 2:1 hesabı ilə paytaxt klubunun qələbəsi ilə nəticələnib.

Qazanılan kubok Tomas Tuxelin yerinə baş məşqçi postuna gətirilən Maurisio Poçettinonun PSJ-nin sükanı arxasında qazandığı ilk uğuru olub.