Naomi Kempbellin yeni vəzifəsi keniyalıları qəzəbləndirdi - FOTO

07:00 14-01-2021 16

Keniyalılar britaniyalı supermodel Naomi Kempbellin yeni vəzifəsini qəzəblə qarşılayıblar.

Lenta.ru-nun məlumatına görə, onlar bu barədə fikirlərini sosial şəbəkədə bölüşüblər.

Bildirilir ki, Keniya Turizm Nazirliyinin “Twitter” hesabında ölkənin turizm səfiri təyin edilən məşhur modelin dövlətin maraqlarını beynəlxalq səviyyədə təmsil edəcəyi barədə xəbər verilib.

Yerli sakinlər paylaşımın altından qəzəbli rəylər verərək, bu vəzifədə keniyalını görmək istədiklərini bildiriblər.

“Bu addım sizin ölkəni tanıtmaq üçün keniyalılara etibar etmədiyinizi göstərir. Keniyada turizmi təbliğ etmək üçün britarniyalı qadını işə götürməyiniz nə üçün vacibdir? Bu müstəmləkə düşüncəsi Keniyanın turizm sənayesini şikəst etdi. Özümüzü hər zaman məzlum kimi görürük”, - deyə istifadəçilərdən biri rəy yazıb.

İstifadəçilər bu vəzifə üçün teatr və kino aktrisası Liuptia Nyongo, model Ajuma Nasenyananı və ya keniyalı siyasətçi Debra Sanaypeyi namizəd göstəriblər.

Bununla yanaşı, Turizm Nazirliyinin katibi Nəcib Balala Naomi Kempbellin təyinatının Keniyada turizm sektorunun təşviqi və inkişafı üçün zəruri bir addım olduğunu deyib.