Asiya ölkələrində koronavirusla bağlı situasiya pisləşib - VİDEO

02:30 14-01-2021 24

Çin rəsmiləri vətəndaşları ölkədəki yeni il tətilləri mövsümündə səyahət etməməyə və əvvəldən planlaşdırılan görüşlərdən imtina etməyə çağırıb.

“Euronews” xəbər verir ki, Çin Səhiyyə Komitəsi ölkədəki mövcud epidemiya vəziyyətinin gərgin olduğunu elan edib.

Komitənin məlumatına əsasən, son bir gündə 115 yeni koronavirus infeksiyası hadisəsi aşkar edilib.

Qeyd edək ki, Çində əhalinin kütləvi vaksinasiya kampaniyası davam edir.

Yaponiyada da COVID-19 xəstələri arasında ölüm sayında gündəlik maksimum artım qeydə alınıb.

Göstəricilərin pisləşməsi səbəbindən səlahiyyətli qurumlar daha bir neçə bölgədə fövqəladə rejim tətbiq etməyə qərar verib. Bildirilir ki, fövqəladə rejim artıq ölkə əhalisinin yarısından çoxunu əhatə edir.

İndoneziyada koronavirusa qarşı ilk peyvənd Prezident Coko Vidodoya vurulub. Bununla da dövlət başçısı ölkədə kütləvi şəkildə peyvənd vurulmasına start verib. İndoneziyada COVID-19-a qarşı Çində istehsal olunan “Sinovac” peyvəndi vurulur.

Həmçinin 25 yanvar tarixinə qədər bu ölkəyə gələnlərin müəyyən kateqoriyası istisna olmaqla, əcnəbilərin İndoneziyaya giriş qadağası uzadılıb.