Putin göstəriş verdi: Rusiya başlayır...

17:35 13-01-2021 15

Rusiya Prezidenti Vladimir Putin ölkə əhalisinin koronavirus əleyhinə kütləvi vaksinasiyasına başlanılması barədə göstəriş verib. 

“RİA novosti” xəbər verir ki, dövlət başçısı hökümətə müvafiq infrastrukturun hazırlanmasını tapşırıb.

Rusiyada hər kəs dekabr ayından etibarən “Sputnuk 18” peyvəndi vurdurmaq imkanı qazanıb. Bu vaksin yalnız yaşı 18-dən yuxarı olan və son bir ay ərzində kəskin respirator viruslu infeksion xəstəliklər keçirməyənlərə vurulur. Hamilə qadınlar üçün vaksin əks göstərişlidir.