İtaliya hökuməti fövqəladə vəziyyət rejimini aprelin sonuna kimi uzatmaq istəyir

16:55 13-01-2021 18

İtaliya hökuməti koronavirus pandemiyası ilə bağlı ölkədə elan olunmuş fövqəladə vəziyyət rejimini aprelin 30-na qədər uzatmağı təklif edib.

TASS-ın məlumatına görə, bu barədə İtaliyanın Səhiyyə naziri Roberto Sperantsa danışıb.

“31 yanvar tarixində bitəcək fövqəladə vəziyyət rejimini 30 aprelə qədər uzatmağı təklif edirik”, - deyə nazir bildirib.