İndoneziyada ilk olaraq ölkə prezidentinə Çin peyvəndi vuruldu

16:50 13-01-2021 11

İndoneziyada koronavirus peyvəndi ilk olaraq ölkə Prezidenti Coko Vidodoya vurulub.

“Anadolu” agentliyi xəbər verir ki, daha sonra İndoneziyanın Səhiyyə naziri Budi Gunadi Sadiki Çinin “Sinovac Biotech” şirkətinə məxsus dərmanla peyvənd edilib.

Onların peyvənd edilməsi paytaxt Cakartada yerləşən Prezident Sarayından canlı yayımlanıb.

İlk peyvənd proqramına ölkənin Baş Qərargah rəisi Hadi Tjahjanto, Milli Polis şefi İdham Azis və digər məmurlar daxil olub.

İndoneziya bu günə qədər Çinin əczaçılıq şirkəti “Sinovac Biotech” tərəfindən hazırlanan 18 milyon doza “CoronaVac” peyvəndini alıb.