Mərkəzi Bankın yeni binası neçəyə başa gələcək? - FOTO

15:45 13-01-2021 13

Mərkəzi Bankın yeni inzibati binasının 218 milyon avroya başa gələcəyi açıqlanıb.

Bu barədə Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu - KAP) məlumat verilib.

Belə ki, Mərkəzi Bankın yeni inzibati binası Türkiyənin “Tekfen İnşaat və Təsisat” şirkəti (Tekfen İnşaat ve Tesisat A.Ş.) tərəfindən inşa ediləcək.

“Tekfen Holding” tərəfindən təqdim edilən tender sənədində Mərkəzi Bankın yeni binasının tikintisinə dair müqavilənin artıq imzalandığı bildirilib.

Nigar Məmmədova