ABŞ-ın Energetika Nazirliyindən 2022-ci il üzrə Azərbaycanla bağlı İLK PROQNOZ

15:35 13-01-2021 13

ABŞ 2022-ci ildə Azərbaycanın neft və kondensat istehsalı ilə bağlı proqnozunu açıqlayıb.

milletinsesi.info-ın ABŞ-ın Energetika Nazirliyi yanında Enerji İnformasiya Agentliyindən əldə etdiyi məlumata əsasən, 2022-ci ildə Azərbaycanda neft və kondensat hasilatının gündəlik həcminin orta hesabla 780 min barel olacağı proqnozlaşdırılır.

Belə ki, növbəti ilin birinci rübündə neft və kondensat hasilatının gündəlik həcminin orta hesabla 760 min barel olacağı bildirilib. 2022-ci ilin ikinci rübündə hasilatın 30 min barel artaraq 790 min barel olacağı qeyd edilib.

Hasilatın ilin üçüncü və dördüncü rüblərində isə 10 min barel azalaraq 780 min barel olacağı proqnozlaşdırılıb.

Nigar Məmmədova