Məşhur media holdinqin sahibi vəfat edib - FOTO

14:45 13-01-2021 14

Britaniyalı milyarder və “Telegraph Media Group” media holdinqinin rəhbəri Devid Barkli 86 yaşında vəfat edib.

Bu barədə “Daily Telegraph” xəbər yayıb.

Devid Barkli 1960-cı illərin əvvəllərində əkiz qardaşı Frederiklə birlikdə binaların təmiri, alqı-satqısı və kirayəsi ilə məşğul olub. Daha sonra onlar mehmanxana və pərakəndə ticarətdə böyük qazanc əldə etdilər.

Barkli qardaşları 2004-cü ildə “Daily Telegraph” və “Sunday Telegraph” qəzetlərinin, eləcə də “The Spectator” ictimai-siyasi jurnalının daxil olduğu “Telegraph Media Group”un alınması ilə biznes imperiyalarını genişləndiblər.

“Daily Telegraph”ın əsası 1855-ci ildə qoyulub. Qəzet bu günə kimi Mühafizəkarlar Partiyasına sadiq münasibəti ilə tanınır.