Ermənistan iki ayda 1229 hərbçisinin cəsədinin tapıldığını açıqladı

12:25 13-01-2021 15

Ermənistan tərəfi aparılan axtarışlar nəticəsində daha yeddi hərbçisinin cəsədlərinin tapıldığını açıqlayıb.

Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Ermənistan tərəfi bu gün də axtarışları davam etdirəcək. Belə ki, axtarışlar Talış-Ağdərə, Hadrut, Talış-Suqovuşan, həmçinin Daşaltı istiqamətində aparılacaq. Axtarışlara Ermənistan tərəfindən üç dəstə cəlb olunacaq.

Ermənistan tərəfi həmçinin axtarışlar çərçivəsində 13 noyabr-13 yanvar tarixlərində ümumilikdə 1229 erməni hərbçisinin cəsədlərinin tapıldığını qeyd edib.