Neftçalada onkoloji xəstə özünü asdı

11:10 13-01-2021 13

Neftçalada intihar hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Yuxarı Qaramanlı kəndində qeydə alınıb.

Kənd sakini, 1956-cı il təvəllüdlü Abıyev Asim Mərif oğlu yaşadığı həyətdəki yarımtikilidə özünü asaraq intihar edib. Onun bir müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.