Azərbaycanda müşavirə yüksək vəzifə verildi - ÖZƏL + FOTO

10:35 13-01-2021 10

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində kadr dəyişikliyi olub.

milletinsesi.info-ın əldə etdiyi məlumata görə, bu barədə AQTA sədri Qoşqar Təhməzli əmr imzalayıb.

Əmrə əsasən, Elxan Mikayılov agentliyinin Aparat rəhbəri vəzifəsinə təyin olunub.

O bundan əvvəl AQTA sədrinin müşaviri vəzifəsində çalışıb. Hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, bir müddət əvvəl agentliyin Aparat rəhbəri Zəkiyyə Mustafayeva qurumun sədr müavini vəzifəsinə təyinat almışdı.

İlhamə Əbülfət