Neft qiymətləri aylar sonra ilk dəfə 57 dolları keçdi

09:45 13-01-2021 14

Dünya bazarlarında neft qiymətləri bahalaşıb.

Bu barədə RT məlumat yayıb.

24 fevral 2020-ci il tarixindən sonra ilk dəfə “Brent” markalı neftin bir barelinin dəyəri 57 ABŞ dollarını keçib.

Yanvarın 13-də “Brent” markalı  neftin mart fyuçerslərinin qiyməti 0.48 faiz bahalaşaraq bir barel üçün 57.03 dollara yüksəlib.

WTI markalı neftin fevral fyuçersləri isə 0.66 faiz bahalaşaraq bir barel üçün 53.56 dollara bərabər olub.