Dua Lipa 60-cı illər üslubunda geyimi ilə pərəstişkarlarını heyran qoydu - FOTO

09:15 13-01-2021 16

Britaniyalı məşhur müğənni və model Dua Lipa 60-cı illərin dəbinə uyğun geyimlərdə “Vogue” jurnalının üz qabığına çəkilib.

Lenta.ru-nun məlumatına görə, müvafiq kadrlar nəşrin “Instagram” hesabında görünüb.

Şəkillərdən birində qısa sarı saç düzümü ilə çıxış edən 25 yaşlı ifaçı dama-dama parçalı mini paltarda çəkilib.

Başqa bir fotoşəkildə o krop-top və mini ətəkdə pozlar verib.

Üçüncü kadrda güllü naxışla şalvarı ilə diqqət çəkib.

Pərəstişkarları şərhlərdə müğənninin görünüşünü yüksək qiymətləniriblər.

“Bütün saç düzümləri ona yaraşır!”, ““Twiggy” ruhunda görüntü. Xoşuma gəlir!”,“ Bu nə gözəllik”, “Əla kadrlardır”, - deyə onu tərifləyiblər.