Dünyada ilk dəfə qorillalarda koronavirusa yoluxma qeydə alınıb - VİDEO

02:30 13-01-2021 13

Dünyada ilk dəfə qorillalarda koronavirusa yoluxma qeydə alınıb.

Bu barədə “ABC 7” məlumat verir.

Bildirilir ki, ABŞ-ın San Dieqo şəhərində zooparkda səkkiz heyvanda virus aşkarlanıb. Safari parkın nümayəndələri heyvanların bəzilərinin öskürək və digər xəstəlik əlamətləri göstərdiyini qeyd edirlər.

Güman edilir ki, primatlar simptomsuz formada koronavirus keçirən işçidən yoluxublar.

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin Milli Baytarlıq Xidməti laboratoriyası da qorillaların virus testinin cavabının müsbət olduğunu təsdiqləyib.

Xatırladaq ki, bundan əvvəl Danimarkada su samurlarında koronavirus müəyyən edilmişdi. Bundan sonra hökumət 17 milyon su samurunun məhv edilməsi barədə qərar verib.

Ancaq qətl qeyri-humanist üsulla həyata keçirilib. Belə ki, heyvanların çoxu qaz kamerasında sağ qalıb. Bundan sonra onlar krematoriyada .