Komandadan təcrid edilmiş Aqueronun dönmə vaxtı açıqlandı

00:55 13-01-2021 14

İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola klubun argentinalı futbolçusu Serxio Aqueronun 10 gün yaşıl meydanlardan kənarda qalacağını bildirib.

Bu barədə “Sport-express” məlumat yayıb.

Qeyd edək ki, yanvarın 10-da açıqlanan məlumata görə, 32 yaşlı argentinalı hücumçu koronavirusa yoluxmuş şəxslə yaxın ünsiyyətdə olduğu üçün karantinə göndərilib.