Ərdoğan Türkiyədə koronavirusa qarşı vaksinasiya prosesinin başlayacağı tarixi açıqladı

16:55 12-01-2021 11

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə koronavirus infeksiyasına qarşı vaksinasiya prosesinin yaxın günlərdə başlayacağını bildirib.

Bu barədə “Hürriyet Daily News” məlumat yayıb.

Türkiyə liderinin sözlərinə görə, vaksinasiya prosesi 14 və ya 15 yanvarda başlayacaq.

Qeyd edək ki, Türkiyədə vaksinasiya zamanı Çinin “Sinovac Biotech” şirkətinin peyvəndindən istifadə olunacaq.