Tramp tərəfdarları terrorçu adı ilə təyyarələrdən qovulur - VİDEO

16:05 12-01-2021 13

Sosial şəbəkələrdə uçuş qadağası qoyulduğu üçün təyyarədən qovulan amerikalı barədə görüntülər istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb. Aeroportda isterik vəziyyətdə hərəkət edən və ağlayan kişinin videosuna qısa müddətdə 18,4 milyondan çox baxılıb.

Bu barədə “Daily Mail” kadrlar yayımlayıb.

Bildirilir ki, görüntülər Vaşinqton yaxınlığında Dalles Beynəlxalq Aeroportunda çəkilib.

“Onlar məni lənətə gəlmiş terrorçu adlandıraraq, təyyarədən qovdular. Onlar mənim həyatımı məhv etmək istəyirlər”, - deyə kişi göz yaşları içində deyir.

Daha sonra ona bir qadın yaxınlaşaraq, eyni vəziyyəti yaşadığını bildirir.

Qeyd edək ki, Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik  Komitəsinin sədri Benni Tompson Nəqliyyat Təhlükəsizliyi İdarəsi (TSA) və FTB-yə müraciət edərək Kapitoli iğtişaşlarında iştirak edənlərin uçuşunun qadağan edilməsinə çağırış edib.