Şuşanı ailəsi ilə birlikdə gəzməyi arzulayan 23 yaşlı şəhid - FOTO

15:35 12-01-2021 15

44 günlük Vətən müharibəsinin qəhramanlarından biri də şəhid Abbasov Samir Azər oğludur.

S.Abbasov 1997-ci ildə Neftçala rayonunun Xol Qaraqaşlı kəndində doğulub.

O, 2015-ci ildə Naxçıvanda Həqiqi Hərbi xidməti şərəflə başa vurub. Vətən müharibəsi başlayanda könüllü olaraq ordu sıralarına yazılıb. S.Abbasov Füzuli, Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. 

Ən böyük arzusu valideynləri ilə birlikdə Şuşa şəhərini gəzmək olan S.Abbasov noyabrın yeddisində Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

Noyabrın 23-də doğulduğu Xol Qaraqaşlı kəndinin qəbiristanlığında dəfn olunub.

Prezidentin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.