Qarabağ radioaktiv çirklənmələrdən təmizlənəcək

15:15 12-01-2021 11

“Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu Azərbaycanın işğaldan azad olunan ərazilərində müdafiə tematikası üzrə elmi-tədqiqat işləri həyata keçirəcək”.

Bunu Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Çingiz Əliyev bildirib.

Onun sözlərinə görə, bu proqramlardan biri də müasir avadanlıqlardan istifadə etməklə radioaktiv çirklənmə zonalarının müəyyənləşdirilməsi və tədqiqidir:

“30 ilə yaxın işğal altında qalan ərazilərimiz ermənilər tərəfindən radioaktiv çirklənməyə məruz qalıb.

Ermənistan ərazisində yerləşən Metsamor Atom Elektrik Stansiyasının tullantılarının Ağdərə və Kəlbəcər ərazisində basdırılması ilə bağlı məlumatlar mövcuddur. O, Qarabağda yüksək texnologiyalardan istifadə etməklə radioekoloji tədqiqatların aparılmasının planlaşdırıldığını söyləyib”.