Qarabağla bağlı üçtərəfli işçi qrupa Ermənistan tərəfdən kimin rəhbərlik edəcəyi bəlli oldu

15:05 12-01-2021 16

Qarabağla bağlı üçtərəfli işçi qrupa Ermənistan tərəfdən baş nazirin müavini Mqer Qriqoryan rəhbərlik edəcək.

Bu barədə “Sputnik” Ermənistan məlumat yayıb.

M.Qriqoryan baş nazirin müavini təyin olunduğu gündən (2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra) Rusiya ilə qarşılıqlı iqtisadi əlaqələri kurasiya edir, xüsusilə qaz qiymətləri, həmçinin Avrasiya Birliyi ilə danışıqlar aparır. Bundan əlavə M.Qriqoryan maliyyə sisteminin inkişafı məsələlərinə də nəzarət edir.